Yanvarın 17-də Gəncə şəhəri Yeni qəsəbə-2-də Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyində 2019-cu ildə gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələr dair hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak etdilər.
Hesabat iclasını aparmaq üçün sədr və kaitb seçildikdən sonra gündəlikdə duran məsələ haqqında Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev məruzə ilə çıxış etdi. O, bildirdi ki, 01 yanvar 2020-ci il tarixə Kosalar kənd nümayəndəliyi üzrə kəndlərdə cəmi 536 ailə, 1913 nəfər əhali var. Nümayəndəlik üzrə əmək qabiliyyətli insanlar 1063 nəfər təşkil edir.
Kosalar kənd nümayəndəliyinə 37 sayda müxtəlif təşkilatlardan məktub daxil olub. Təşkilatlardan gəlmiş məktubların icrası öz həllini tapmışdır. Nümayəndəlikdən idarə və təşkilatlara 78 sayda müxtəlif məzmunlarda məktublar göndərilmişdir. Kosalar kənd nümayəndəliyindən 853 sayda müxtəlif məzmunda :ailə tərkibli, yaşayış yeri, əmək haqqı və sair arayış verilmişdir. Nümayəndəlik üzrə 2019-cu ildə 20 sayda daxili sərəncam verilib.
Kosalar kənd Həkim Ambulatoriyasına, 2019-cu ildə 3350 nəfər xəstə müraciət edib. Xəstələrə stomotoloji, terapevtik və təcili tibbi yardım edilib.
Evə çağrışların sayı 3234 olmuşdur. Uşaqlar arasında vaksinasiya turları vaxtlı - vaxtında aparılır. Hamilə qadınlar qeydiyyata götürülmüş, onlara tibbi nəzarətlər edilmişdir.
Şahid Rzayev Gəncə şəhər Kəpəz rayon ərazsində yeni salınmış qəsəbədə xeyir – şər mərasimlərinin keçirilməsi üçün mağarin verilməsi, qəsəbədə kanalİzasiya xəttinin çəkilməsi, Göygöl su xəttindən qəsəbəyə içməli suyun verilməsi, qəbİristanlığın salınması üçün torpaq sahəsinin ayrılması kimi qəsəbə sakinlərini narahat edən məsələləri də diqqətə çatdırdı.
Məruzə ətrafı çıxışlarda nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.
Sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi.